Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG
Haqqımızda
Kitabıstan xəyali ölkədir, bu xəyali ölkənin hər bir oxucu sakini isə vətəndaşımız. Biz insana, bəşəriyyətə fayda verməyən, insanlar arasında dini, milli, irqi, dil, gender ayrıseçkiliyi salan, zorakılığı, aqressiyanı təbliğ edən kitabları ölkəmizin qanunlarından kənar hesab edirik. Bizim ölkəmizin əsas hədəfi insanlar arasında sülh, barışıq, dialoq, konsensus yaradıb mədəniyyətlərarası körpü salmaq, fərqli ölkələrin iqtisadi, sosial, təhsil, siyasi və s. təcrübələrini yaşamış olduğumuz ölkəmizə təqdim etməkdir. Bizim ölkəmizdə əsas şüar Fransadan öyrəndiyimiz azadlıq, bərabərlik, qardaşlıqdır (Liberté, égalité, fraternité) və biz xəyali ölkəmizi İsveçrədən öyrəndiyimiz birbaşa demokratiya prinsipləri ilə idarə edirik. Avraam Linkoln kimi hər cür quldarlığa, insanın insan üzərində quracağı informativ, gender, irqi, sinfi, dini - bütün növ quldarlığa qarşıyıq. Əsla zorakılığa zorakılıqla cavab verməkdən tərəf deyilik - Mahatma Qandi kimi. M.Ə. Rəsuzalzadə kimi hətta əleyhdarlarımıza belə söz haqqı tanımaqdan tərəfik. Mandela kimi cəmiyyətimizdə konsensus görmək istəyirik və bütün bu fikirləri Snelman kimi bütün ölkəmiz boyu yaymağa hazırıq. Biz sizə alternativ fikirləri oxumaq və dünyanın bütün müsbət təcrübələrini öyrənməklə xidmət edirik.

Tanış olduğumuza şad olduq. Kitabıstana xoş gəlmisiniz!