Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

İlk öncə kitabın çatdırılmasını istədiyiniz məkanı, daha sonra telefon nömrənizi, sonda isə çatdırılmanın baş tutacağı tarixi seçin. Biz sizinlə əlaqə saxlayacaq və sifariş haqqında digər detalları öyrənəcəyik.

This is error!

This is success!

Seçdiyiniz kitab :

Bu kitab

Çatdırılacaq məkan
Telefon nömrəniz
Kitabı əldə etmək istədiyiniz tarix
Kitablara geri qayıt
Aljir
Cover photo of 'Aljir' the book
Müəllif : Ülviyyə Tahir
Kateqoriya : Tarixi Roman
Nəşriyyat : Parlaq İmzalar

8 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

1937. ALJİR. Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
Səhifə sayı : 264
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı