Haqqında
100-lük ABŞ dollarını və ya onun surətini əlinə götürmüş hər adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.
Bencamin Franklin haqqında:
Bencamin Franklin (ing. Benjamin Franklin; 17 yanvar 1706 - 17 aprel 1790) — Amerika Birləşmiş Ştatlarının banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdır. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır.
Bencamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
1928-ci ildən Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Səhifə sayı |
: 288 |
Dil |
: Azəbaycan dili |