Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Axı, Dünya Fırlanır...
Cover photo of 'Axı, Dünya Fırlanır...' the book
Müəllif : Bəxtiyar Vahabzadə
Kateqoriya : Klassik Poeziya
Nəşriyyat : Kitab klubu nəşriyyatı

6.40 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Poeziyamızın qüdrətli nümayəndəsi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir. Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır. Xalq şairi Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri və poemaları toplanmışdır.
Səhifə sayı : 424
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı