Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

İlk öncə kitabın çatdırılmasını istədiyiniz məkanı, daha sonra telefon nömrənizi, sonda isə çatdırılmanın baş tutacağı tarixi seçin. Biz sizinlə əlaqə saxlayacaq və sifariş haqqında digər detalları öyrənəcəyik.

This is error!

This is success!

Seçdiyiniz kitab :

Bu kitab

Çatdırılacaq məkan
Telefon nömrəniz
Kitabı əldə etmək istədiyiniz tarix
Kitablara geri qayıt
Ölü Canlar
Cover photo of 'Ölü Canlar' the book
Müəllif : Nikolay Vasilyeviç Qoqol
Kateqoriya : Dünya Ədəbiyyatı Klassikləri Proza
Nəşriyyat : Kitab Klubu

6.40 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Ölü canlar - Ukrayna əsilli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1842-ci ildə ilk cildini tamamladığı amma bitirmədiyi romanıdır. Romanın mövzusu ona Puşkin tərəfindən təklif edilmişdir. Üç cild olaraq düşünülən roman-poema əslində Dantenin İlahi Komedyasından ruhlanaraq yazılmışdır. İlk cilddə romanın baş qəhrəmanı Çiçikovun öz mənfəətləri uğruna etdiyi pisliklər əks olunmuşdur. Qoqol, cəhənnəmi izah etdiyi bu hissədən sonra cənnəti izah edəcəyi, Çiçikovun əxlaq və vicdan sahibi olduğunu göstərəcəyi ikinci cildin əlyazmalarını keçirdiyi böhran nəticəsində yandırmışdır. Daha sonra bir neçə dəfə təkrar yazmağa çalışdığı bu hissələri toplayıb dərc etmişlər. Çiçikov, Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndlilərini satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən ya da sağlam olanlar deyil, tam əksinə ölü canlardır. Dövrün tənqid oxlarını üzərinə çəkən, feodal quruluşunun düşüncə tərziylə qarşı-qarşıya qoyan roman, bu baxımdan müəyyən təbəqə insanların həyatında çevriliş etmişdir.
Səhifə sayı : 428
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı