Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Dodaqdan Qəlbə
Cover photo of 'Dodaqdan Qəlbə' the book
Müəllif : Rəşad Nuri Güntəkin
Kateqoriya : Dramatik Poeziya Roman
Nəşriyyat : Kitab Klubu

5.20 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur. Lamiə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur. Dodaqdan qəlbə romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.
Səhifə sayı : 320
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı