Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Dağlar Arxasında Üç Dost
Cover photo of 'Dağlar Arxasında Üç Dost' the book
Müəllif : İlyas Əfəndiyev
Kateqoriya : Klassik Proza Dramatik
Nəşriyyat : Kitab klubu nəşriyyatı

4.40 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

“Dağlar arxasında üç dost” əsəri (1963) İlyas Əfəndiyevin ən güclü romanlarından biri hesab olunur. Romanı oxumağa başlarkən artıq onun klişe sovet romanlarından fərqləndiyini sezmək olur. Hətta sovet beynəlmiləlçiliyi (erməni-azərbaycanlı dostluğu) mövzusunu da dramaturq peşəkarlıqla elə qələmə almışdır ki, indiki baxışla belə o cür münasibətlər absurd görünmür. Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Qəhrəmanların – Şahlar və Səlimənin bir-birinə sevgisi nə qədər qırılmaz və səmimi olsa da, əksinə oğlanın anası Gülnisənin gənclərin məhəbbətinə qarşı etdiyi hərəkətlər də bir o qədər təsirlidir... və tezliklə hadisələr məcrasından çıxır... Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı cürbəcür insan xarakterlərindən, düşmənçiliyə gətirib çıxaran kəskin insan komplekslərindən də söhbət açılır. Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.
Səhifə sayı : 288
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı