Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Özünüdərk və eşşəkləşdirmə
Cover photo of 'Özünüdərk və eşşəkləşdirmə' the book
Müəllif : Əli Şəriəti
Kateqoriya : Elmi-kütləvi Fəlsəfə Araşdırma
Nəşriyyat : Parlaq imzalar nəşriyyatı

9.60 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Əli Şəriəti intellektual fəaliyyəti boyunca iki qrup insana qarşı mübarizə aparırdı: dardüşüncəli dindar və təqlidçi ziyalılar. Bu kitabda Şəriəti, əsasən, ikinci qrupdan söhbət açır; o hesab edir ki, şərq cəmiyyətlərini iflic edən, onları inkişafdan saxlayan əsas faktorlardan biri məhz təqlidçilikdir. Şəriəti kitab boyu şərq-müsəlman ziyalısının necə metamorfoza uğradığını, öz mədəni kökündən necə qopduğunu, qoparıldığını analiz edir. Ürək ağrısı ilə zəngin şərq və İslam mədəniyyətinə sahib bu ziyalıların heç bir ictimai xəstəliyə şəfa vermədiyini və qərbin təqlidçisi olan bir “aydın”a çevrildiyini qeyd edir. Bu baxımdan Şəriəti ziyalılıqla intellektuallığı fərqləndirir; ziyalı kimi təqdim olunan şəxslərin, əslində, quru intellektualdan başqa bir şey olmadığını vurğulayır. Ziyalının isə cəmiyyətin xilaskarı, yolgöstərəni, bir mənada peyğəmbəri olmalı olduğunu deyir. Şəriəti şərq, müsəlman cəmiyyətinin gətirildiyi bu vəziyyəti istismar sözü ilə deyil, özünün yaratdığı bir sözlə ifadə edir, həm də mövcud xəstəliyin kəskin diaqnozunu qoyur: istihmar – eşşəkləşdirmə.

Səhifə sayı : 312
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı