Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
İctimai Müqavilə
Cover photo of 'İctimai Müqavilə' the book
Müəllif : Jan Jak Russo
Kateqoriya : Fəlsəfə Araşdırma
Nəşriyyat : Alatoran

4.80 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

İsveçrə filosofu Jan-Jak Russonun (1712–1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir. Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabı-nın (1917) intellektual atası hesab etmək olar. Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ildə Russo Parisə — o vaxtkı dünyanın intellektual mərkəzinə köçür. O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur. 1750-ci ildə Russonun İncəsənət və elm haqqında düşüncələr essesi Dijon şəhəri akademi-yasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə də İctimai müqavilə haqqında şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur. Russo-nun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir
Səhifə sayı : 172
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı