Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Sözünə güvən
Cover photo of 'Sözünə güvən' the book
Müəllif : Rəşad Bayramov
Kateqoriya : Motivasiya Elmi-kütləvi
Nəşriyyat : Parlaq İmzalar

9.60 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

“Yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”. Murad Dadaşov, şoumen və aparıcı “Sözünə Güvən” öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.
Səhifə sayı : 272
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı