Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

İlk öncə kitabın çatdırılmasını istədiyiniz məkanı, daha sonra telefon nömrənizi, sonda isə çatdırılmanın baş tutacağı tarixi seçin. Biz sizinlə əlaqə saxlayacaq və sifariş haqqında digər detalları öyrənəcəyik.

This is error!

This is success!

Seçdiyiniz kitab :

Bu kitab

Çatdırılacaq məkan
Telefon nömrəniz
Kitabı əldə etmək istədiyiniz tarix
Kitablara geri qayıt
Həyatım və İşim
Cover photo of 'Həyatım və İşim' the book
Müəllif : Henry Ford
Kateqoriya : Memuar-Bioqrafiya Bioqrafik
Nəşriyyat : Parlaq İmzalar

12 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Henri Ford – avtomobil sənayesinin atası, ixtiraçı, mühəndis və sahibkar. O, XX əsrin ən yaxşı biznesmeni idi. İş dünyasındakı ənənəvi qaydaları ləğv edib yeni konsepsiya yaratdı: iş saatını 8 saata endirdi, həftədə 6 yox, 5 günlük iş rejiminə keçdi, işçilərə aylıq yox, saathesabı maaş verdi. O, “mən yalnız xidmət haqqında düşünürəm” deyirdi. İnsanın, öz əmək və qabiliyyətlərinə resurs kimi baxmasının və daim onları təkmilləşdirməsinin tərəfdarı idi. • Təhsil haqqında deyirdi: “Təhsilin məqsədi heç də insanın beynini faktlarla doldurmaq deyil. Təhsilin məqsədi insana öz düşüncəsindən necə istifadə etməyi öyrətməkdir”. • Reklam haqqında deyirdi: “İstehsalçı satış bitdikdən sonra belə, müştəriylə əlaqəni kəsməməlidir. Əsl iş elə məhz satışdan sonra başlayır. Narazı müştəri ən pis reklamdır”. • İqtisadiyyat haqqında deyirdi: “Vətəndaşı inkişaf etdirmədən vətəni inkişaf etdirmək olmaz və bütün yanlış idarə olunmaların cəriməsini ictimaiyyət ödəyir, axı hər şeydən əvvəl ödəniş edən, əziyyət çəkən ictimaiyyətdir”. Bu kitabda, mübaliğəsiz, hər şey var: xəyalların arxasınca getmək, iqtisadiyyat, marketinq, menecment, maaş, konveyer üsulu ilə istehsal, təşkilatlanma, innovasiya, motivasiya, idarəetmə, maliyyə, istehlak, dəyər, izafi məsrəf, fərdi və kollektiv məsuliyyət. “Həyatım və işim” – dünyada yüzlərcə dəfə nəşr olunan və hələ də aktuallığını itirməyən biznesmenlərin və iş adamlarının stolüstü kitabıdır.
Səhifə sayı : 472
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı