Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG
Təsisçi
Azərbaycanın nəhəng bir elm adamı var Xudu Məmmədov. O, deyirdi ki, üzünü gəncliyə tut ki, səsin gələcəyə çatsın. XXI əsr Azərbaycan gəncliyi olaraq biz də üzümüzü gəncliyə tutmuşduq ki, səsimiz gələcəyə çatsın.

Bizim bir təşkilatımız var idi - Milli Fikir Mərkəzi. “Diplomatiya Məktəbi”, “Fotoqraf Kursu”, “Liderlik Məktəbi” kimi məktəblər yaradır, təcrübə proqramları keçirirdik. Bu təşkilatda qızların özünün idarəetməsi ilə “üstün cəmiyyət qadın tələbi ilə qurulur” şüarı altında “Tələb edirəm”, vətəndaş jurnalistikası ilə hər kəsin olduğu yerdən önəmli hadisə haqqında xəbər, ya da fikirlərini yazmasına imkan yaradan, gənclərin söz tribunası olan etatist.com onlayn qəzeti fəaliyyət göstərirdi.

Psixologiya Mərkəzi cəmiyyətin sosial, psixoloji vəziyyəti ilə bağlı sorğular keçirib araşdırmalar təqdim edir, ödənişsiz seminarlar keçirirdi. Təbii ki, bir də kitab nəşrlərimiz var idi - daim dünya təcrübələrini öyrənməyimizə imkan yaradan və cəmiyyətə alternativ fikir təqdim edən Kitabıstan. İlin hər həftəsi tədbirlər, seminarlar keçirərdik. Uzatmaq istəmirəm, əgər maraqlı olsa, araşdırmağınız kifayətdir.

Bəs, bütün bunların hamısını beynəlxalq təşkilatlardan, yaşadığımız ölkənin hökuməti də daxil olmaqla, heç kəsdən dəstək görmədən, öz daxili hesabımıza həyata keçirdiyimizi desəm, inanarsınız? İnanmazsınız! Bütün bunları həyata keçirmək üçün bizi bir araya toplayan, ən fərqli fikirlərə sahib gənclərin belə maariflənmə yolunda birgə çalışmağı üçün imkan yaradan Şəhriyar Məcidzadəyə təşəkkür etmək istəyirik.