Sandra Rulofs

Sandra Elizabet Rulofs xeyriyyə işlərinə, dünyada uşaq səhiyyəsi və reproduktiv sağlamlıq fəaliyyətlərinə görə 2018-ci ildə Kitabıstanın Fəxri Vətəndaşı elan edilib.

Sandra Rulofs KİMDİR?

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olan Sandra Elizabet Rulofs 1991-ci ildə Tətbiqi elmlər və incəsənət üzrə Erasmus Brüssel Universitetindən fransız və alman dilləri ixtisası üzrə məzun olub. 1993-cü ildə Strasburqda İnsan Hüquqları üzrə Beynəlxalq İnstitutda kurslarda iştirak edib. O, Mixail Şaakaşvili ilə 1993-cü ildə Strasburqda tanış olub və həmin il Nyu-Yorka köçüb. Burada o Kolumbiya Universiteti və holland hüquq şirkətində çalışıb. 1996-cı ildə onlar Gürcüstana gəliblər. Burada xanım Rulofs Beynəlxalq Qızıl Xaç Komitəsində və Niderland Krallığının Tbilisidəki konsulluğunda işləyib. 1999–2003-cü illərdə xanım Rulofs Tbilisi Dövlət Universitetində fransız dili üzrə müəllim və Hollandiya radiosu üçün müxbir kimi fəaliyyət göstərib.

Sandra Elizabet Rulofs 1998-ci ildə aztəminatlı ailələrə dəstək, reproduktiv sağlamlıq və uşaq səhiyyəsi sahəsində fəaliyyət göstərən “SOCO” fondunu təsis edib. Hazırda qlobal səhiyyə siyasəti üzrə mütəxəssis kimi fəaliyyət göstərir və “SOCO” fondunun direktorudur.