Professor İan Şapiro

Professor İan Şapiro dünya siyasi elminə və maariflənmə prosesinə verdiyi töhfələrə görə 2021-ci ildə Kitabıstanın Fəxri Vətəndaşı elan edilib.

İan Şapiro KİMDİR?

İan Şapiro Yel Universitetinin siyasi elmlər və qlobal məsələlər üzrə sterlinq professorudur. O, demokratiya, ədalət və sosial araşdırmanın metodları üzrə çoxsaylı məşhur əsərin müəllifidir. 1984-cü ildən bəri professor İ.Şapiro Yel Universitetinin Siyasi elmlər fakültəsində dərs deyir və 1999-2004-cü illərdə bu fakültənin rəhbəri kimi çalışıb. Professor İ.Şapiro 2004-2019-cu illərdə Makmillan Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin “Henry R.Luce” direktoru kimi fəaliyyət göstərib. O, Amerika İncəsənət və Elmlər Akademiyası və Amerika Fəlsəfə Cəmiyyətinin akademik üzvü və Xarici Münasibətlər Şurasının üzvüdür.

İan Şapiro Karnegi Korporasiyasının, “Guggenheim” fondunun və Davranış Elmləri üzrə Qabaqcıl Tədqiqatlar Mərkəzinin keçmiş əməkdaşıdır. O, Keyptaun Universitetində, Tokiodakı Keio Universitetində və Oksforddakı Nuffild Kollecində ziyarətçi vəzifələr tutub.