Professor Vulf Linder

Vulf Linder İsveçrə demokratiyasına və bütövlükdə demokratiyaya verdiyi sonsuz və əhəmiyyətli töhfələrə görə 2023-cü ildə Kitabıstanın Fəxri Vətəndaşı elan olunub.

Vulf Linder KİMDİR?

Professor Vulf Linder İsveçrə Milli Elmlər Fondunun və İsveçrə Elm Şurasının üzvü, siyasi elmlər üzrə tanınmış professordur. O, 1987-2009-cu illərdə Bern Universitetinin Siyasi Elmlər İnstitutunun dekanı vəzifəsində çalışıb. Professor V.Linder bir çox inkişaf etməkdə olan ölkələrdəki beynəlxalq layihələrdə siyasi ekspert kimi fəaliyyət göstərib və bu sahədə böyük təcrübəyə sahibdir.

Onun əsas tədqiqat sahələri İsveçrə siyasəti və üçüncü dünya ölkələrində demokratiyaların inkişafıdır. İsveçrədə və digər ölklərdəki bir sıra beyin mərkəzləri, siyasi analitiklər tez-tez onun demokratiyaya dair elmi çalışmalarına istinad edirlər. Vulf Linder həmçinin İsveçrədəki bir sıra hökumət orqanlarında və Cənub-şərqi Asiya, Afrika, eləcə də Mərkəzi Avropadakı inkişaf agentliklərində mütəxəssis kimi işləyib.

Akademik karyerasına başlamazdan əvvəl o, Turqau kantonunun kantonal parlamentinin üzvü və kantonal məhkəməsinin ehtiyat üzvü olub.