Professor Şon Müller

Şon Müller plüralist demokratiya mövzusunda dəyərli əsərlərinə görə 2023-cü ildə Kitabıstanın Fəxri Vətəndaşı elan edilib.

Şon Müller KİMDİR?

Professor Şon Müller federalizm və birbaşa demokratiya üzrə tanınmış ekspertdir. O, 2006-cı ildə İsveçrənin Fribur Universitetində magistr, 2013-cü ildə İngiltərənin Kent Univeristetində siyasi elmlər üzrə fəlsəfə doktorluğu dərəcəsi alıb. Hazırda İsveçrədə Bern və Lozanna universitetlərində siyasi elmlər üzrə dərs deyir. Professor Ş.Müller həmçinin Lozanna Universitetinin “Eccellenza” layihəsinin rəhbəridir. İsveçrədə "Federal siyasət mədəniyyəti" layihəsinin də rəhbəri olan professor Ş.Müller federal dövlətlərdə siyasətin mədəniyyətə təsirini tədqiq edir.