Xose Borqino

Xose Borqino dünyada ifadə və yaradıcılıq azadlığının müdafiəsi, müəlliflik hüququ və nəşretmə azadlığının qorunması uğrunda fəaliyyətinə görə Kitabıstanın Fəxri vətəndaşı elan edilib.

Xose Borqino KİMDİR?

Xose Borqino 2015-ci ildən Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibidir. O, bu vəzifəni tutana qədər assosiasiyanın siyasət direktoru və Tədris Naşirləri Forumunun təşkilatçısı kimi işləyib. Bundan əvvəl isə Avstraliya Naşirlər Assosiasiyasında, Avstraliya Ədəbiyyat Şurasında müxtəlif vəzifələr tutub, həmçinin Avstraliya Müəlliflər Cəmiyyətinin icraçı direktoru olub. X.Borqino Sidney Universitetində ədəbi jurnalistika üzrə dərs deyib. O, dünyanın bir çox ölkələrində nəşretmə azadlığı, çapçılıq, müəlliflik hüquqları kimi mövzularda beynəlxalq təcrübələri bölüşmək üçün konfranslar verir.