AZE ENG

Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Azərbaycana gəlir

"KITABISTAN TALKS"
article about 'Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Azərbaycana gəlir' and '"KITABISTAN TALKS"'

“KITABISTAN TALKS”un növbəti qonağı Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqinodur.


May ayının 5-də saat 17:30-da Nizami Kino Mərkəzində Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqinonun “Nəşretmə azadlığı və senzura” mövzusunda konfransı keçiriləcək. Konfransa giriş biletlədir. Biletləri kitabistantalks.com saytından onlayn şəkildə əldə edə bilərsiniz. Yerlər məhduddur, istədiyiniz yeri seçə bilmək üçün biletinizi indidən əldə edin.


Elm, bilik, kitab və beynəlxalq təcrübələrə maraq göstərən şəxslər üçün əla fürsət.


1896-cı ildə fəaliyyətə başlamış Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi ilk dəfə Azərbaycana gəlir. 


İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Naşirlər Assosiasiyası dünyada milli və regional naşirlər assosiasiyalarının ən böyük federasiyasıdır, həmçinin kitab və çapçılıq mövzularında dünyanın ən nüfuzlu təşkilatıdır. BNA üzvləri vasitəsilə dünyada 5,6 milyarddan çox insana xidmət göstərən minlərlə naşiri təmsil edir. 


Assosiasiya müəllif hüquqları və nəşretmə azadlığının müdafiəsi sahəsində fəaliyyət göstərməklə yanaşı, BMT, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, UNESCO, Ümumdünya Poçt İttifaqı və bir çox beynəlxalq təşkilatlarda rəsmi konsultativ statusa malikdir.


Xose Borqino 2015-ci ildən Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibidir. O, bu vəzifəni tutana qədər assosiasiyanın siyasət direktoru və Tədris Naşirləri Forumunun təşkilatçısı kimi işləyib. Bundan əvvəl isə Avstraliya Naşirlər Assosiasiyasında, Avstraliya Ədəbiyyat Şurasında müxtəlif vəzifələr tutub, həmçinin Avstraliya Müəlliflər Cəmiyyətinin icraçı direktoru olub. X.Borqino Sidney Universitetində ədəbi jurnalistika üzrə dərs deyib. O, dünyanın bir çox ölkələrində nəşretmə azadlığı, çapçılıq, müəlliflik hüquqları kimi mövzularda beynəlxalq təcrübələri bölüşmək üçün konfranslar verir.


Konfrans haqqında əlavə məlumat və bilet əldə etmək üçün "KITABISTAN TALKS"un saytına keçid edin