AZE ENG

Professor Loran Qudşel “KITABISTAN TALKS”da çıxış edəcək

23 iyun saat 17:30-da
article about 'Professor Loran Qudşel “KITABISTAN TALKS”da çıxış edəcək' and '23 iyun saat 17:30-da'

“KITABISTAN TALKS”un budəfəki qonağı “Swisspeace” sülh tədqiqatı institutunun direktoru, Bazel Universitetinin siyasi elmlər üzrə professoru Loran Qudşeldir.

İyun ayının 23-də saat 17:30-da “Landmark” hotelin “Gaia” zalında professor Loran Qudşelin “Geosiyasi dəyişikliklər dövründə sülh quruculuğunun əhəmiyyəti” mövzusunda konfransı keçiriləcək.

"Swisspeace" İsveçrənin tətbiqyönümlü sülh tədqiqatı institutudur. Bu qurum İsveçrənin və beynəlxalq aktorların dəstəyi ilə münaqişələrdən təsirlənən yerlərdə zorakılığı azaltmaq və sülhü təşviq etmək üçün fəaliyyət göstərir.

Professor Loran Qudşel "Swisspeace"in direktoru və Bazel Universitetinin siyasi elmlər professorudur. O, Avropa Araşdırmaları Mərkəzində (Harvard Universiteti, Kembric MA), Beynəlxalq Münaqişələrin Həlli Mərkəzində (Kolumbiya Universiteti, Nyu-York) ziyarətçi professor və Brüsseldəki Avropa Sülh İnstitutunun baş elmi işçisi olub. L.Qudşel 2003-2004-cü illərdə İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Reyin siyasi müşaviri vəzifəsində çalışıb.

Konfransda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün yalnız əvvəlcədən qeydiyyatdan keçən və iştirakı təsdiqlənən şəxslər konfransda iştirak edə biləcək. Buna görə qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat: www.kitabistantalks.com

Qeyd edək ki, konfrans ingilis dilində olacaq və Azərbaycan dilinə sinxron tərcümə ediləcək.