AZE ENG

"Bəyaz zanbaqlar ölkəsi"ndən qonağımız var

"KITABISTAN TALKS"
article about '"Bəyaz zanbaqlar ölkəsi"ndən qonağımız var' and '"KITABISTAN TALKS"'

Bu il Finlandiya yenə dünyanın ən xoşbəxt ölkələri sırasında birinci oldu. Bu xoşbəxt ölkədə necə təhsil almaq olar, necə yaşamaq olar? Bu suallara İsveç Kral Elmlər Akademiyasının üzvü, Helsinki Universitetinin professoru özü canlı olaraq cavab verəcək.

Kitabıstan öz oxucularına hər zaman dünyanın ən möhtəşəm kitablarını tərcümə edib çatdırıb. Bu səfər isə maarifçilik işinə töhfə vermək üçün daha bir layihəyə başlayırıq: "KITABISTAN TALKS".

"Kitabıstan Talks"un birinci qonağı İsveç Kral Elmlər Akademiyasının üzvü, Helsinki Universitetinin professoru Henrik Meynanderdir.

Sizi dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən biri olan Finlandiyanın Helsinki Universitetinin professoru Henrik Meynanderin "Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat" mövzusunda keçiriləcək konfransına dəvət edirik.

Konfransda iştirak etmək üçün biletlər ödənişlidir. Biletlərin satışı 18 dekabrda dayandırılacaq. Yerlər məhdud olduğu üçün iştirak etmək istəyənlərdən xahiş edirik, biletləri indidən əldə etsinlər.

Finlandiya Kitabıstanın nümunə ölkələrindən biridir. Elə buna görə də ilk tərcümə edib oxucularımıza təqdim etdiyimiz kitab "Bəyaz zanbaqlar ölkəsində" olub. Bu kitab Mustafa Kamal Atatürkün tapşırığı ilə hərbi məktəblərin oxu siyahısına əlavə edilən və hazırda da Türkiyədə Qurandan sonra ən çox oxunan kitabdır.

Finlandiyanın təcrübələrinin dərindən tədqiq edilməli olduğu qənaətindəyik. Çünki Finlandiya da Azərbaycan kimi imperiyalarla sərhəddə yerləşib və bir çox münaqişələrə meydan olub. Buna baxmayaraq, Snelman kimi ziyalıları sayəsində xalqı maarifləndirməklə bugünkü inkişafına nail ola bilib. Buna görə də Finlandiya dünyanın ən xoşbəxt ölkələrindən biridir və davamlı olaraq bu siyahıda ilk onluqda olur.

Sizi bu konfransda görməkdən şad olarıq.

Bilet: 70 / 50 / 30 AZN
Qeydiyyat başlayır: 17:00

Ünvan: Nizami küçəsi 90A, "Landmark" Hotel, "Rotunda Hall"

Biletləri Kitabıstan mağazasından əldə edə bilərsiniz.
Əlaqə: 070 537 21 84