Bunu paylaş

Linki kopyalayaraq paylaş

Həmtəsisçilər

Şəhriyar Məcidzadə

Şəhriyar Məcidzadə

Şəhriyar Məcidzadə Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi və direktorudur.

O, ictimai fəaliyyətə 2011-ci ildə “Etatist” qəzetini təsis etməklə başlayıb. Azərbaycanda vətəndaş jurnalistikasına töhfə vermək məqsədi ilə ölkədə 2012-ci ildə Etatist.com internet qəzetini təsis edib və onun baş redaktoru olub. İnternet qəzetinin özəlliyi ondan ibarət olub ki, Azərbaycanda ilk dəfə olaraq hər kəs birbaşa bu sayta xəbər və məqalə yerləşdirmək imkanına sahib olub.

Daha çox

2012-ci ildə Milli Fikir Mərkəzi gənclər təşkilatını təsis edir və təşkilatın sədri seçilir. O, Milli Fikir Mərkəzinə rəhbərlik etdiyi dövrdə (2012-2018) mərkəz yerli ictimai-siyasi simaların, şair və yazarların, professorların, tarixçilərin iştirakı ilə 60-dan çox açıq seminar, müxtəlif tədbirlər və gənclərin müzakirələrini təşkil edib. Eyni zamanda diplomatik korpus nümayəndələrinin, transmilli şirkətlərin yerli ofis rəhbərlərinin açıq seminarlarını keçirib. Həmçinin mərkəz tərkibində kitabxana, fəlsəfə klubu, oxu klubu, ictimai-siyasi araşdırma qrupları yaradılıb.

Şəhriyar Məcidzadə 2005-2009-cu illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun Beynəlxalq Hüquq fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.
 
Daha az

Mələk Hacıyeva - Kitabıstanın həmtəsisçisi

Mələk Hacıyeva

Mələk Hacıyeva Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi və idarə heyətinin sədridir.

O, mərkəzin tədqiqat departamentindən məsuldur. Həmçinin “Kitabıstan Talks” və “Nordic Talks” layihələrinin, “Gender Kitabıstan”, “Yaşıl Kitabıstan”, eləcə də “Kitabıstan vs DisInfo” təşəbbüslərinə rəhbərlik edir. Mələk Hacıyeva “Kitabıstan vs DisInfo” təşəbbüsü ilə həyata keçirilən “Veritas dialogues” layihəsi çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin dünyanın aparıcı ölkələrinin qurumlarının mütəxəssislərindən və xarici professorlardan müsahibələr alır.

2013-2019-cu illərdə Etatist.com internet qəzetində analitik və jurnalist kimi fəaliyyət göstərib.
Bundan əvvəl o, 2016-2018-ci illərdə Milli Fikir Mərkəzi gənclər təşkilatının Beynəlxalq Əlaqələr şöbəsinə rəhbərlik edib. MFM-də fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə təxminən 200- məzunu olan Diplomatiya Məktəbi və Liderlik Məktəbini təsis edib. O, MFM-in qadın qolu olan “Tələb edirəm” qadın hərəkatının idarə heyətinin üzvü olub.

Mələk Hacıyeva 2019-2020-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində çalışıb. O, ABŞ Konqresinin Açıq Dünya Liderlik Mərkəzinin “Siyasətdə və vətəndaş cəmiyyətində qadınlar” (2018) proqramının məzunudur. Eyni zamanda, Almaniya XİN tərəfindən dəstəklənən ifa-nın (xarici əlaqlər institutu) “CrossCulture Programme”ın təqaüdçüsüdür. 2022-ci ildə CCP təqaüd proqramı çərçivəsində Almaniyanın ən nüfuzlu beyin mərkəzi olan Maks Plank İnstitutunun Beynəlxalq Sülh və Qanunun Aliliyi fondunda çalışıb. O, həmçinin “McKinsey” şirkətinin “Forward” proqramının məzunudur.
Hazırda Belçikanın nüfuzlu təşkilatı olan, qadınların sosial sahibkarlığını dəstəkləyən “Womenpreneur-Initiativ”in Azərbaycandakı səfiridir. Həmçinin Nebraska Ştatının fəxri vətəndaşıdır.

Mələk Hacıyeva bakalavr təhsilini Bakı Slavyan Univeristetinin Beynəlxalq münasibətlər ixtisası (2008-2012), magistr təhsilini isə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisası üzrə alıb (2013-2015).
 
Daha az

Bunu paylaş

Linki kopyalayaraq paylaş