Oxuma müddəti
0
dəq.
Nordic Talks
“Nordic Talks” nədir?
“Nordic Talks” layihəsi Kitabıstan və dörd Skandinaviya ölkəsinin - Danimarka, Finlandiya, Norveç və İsveçin Azərbaycandakı səfirliklərinin tərəfdaşlığı, Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə başladılıb. Məqsədimiz qlobal problemlərə həll yolu olaraq Skandinaviya ölkələrinin strategiyalarını, həmçinin bu ölkələrin inkişaf modellərini, təcrübələrini konfranslar, müzakirələr vasitəsilə təqdim etməkdir.
Niyə Skandinaviya ölkələri?
Yüksək həyat keyfiyyəti, güclü sosial strukturları ilə tanınan Skandinaviya ölkələri davamlı inkişaf, təmiz ekologiya, təhsil, gender bərabərliyi kimi məsələlərdə də qlobal indekslərdə liderdir. Buna görə bu ölkələrin sosial həyat və ətraf mühitə dair uğurlu modelləri və təcrübələrini Azərbaycanda daha geniş auditoriyaya çatdırmağı hədəfləyirik.
Nədən başladıq?
Hazırda dünyanın ən böyük problemlərindən biri iqlim dəyişikliyidir. Karbon emissiyalarının artması, buzlaqların əriməsi, okenların səviyyəsinin qalxması və ekstremal təbiət hadisələrinin tez-tez baş verməsi planetimizin gələcəyini təhdid edir. Bu vəziyyət təcili və effektiv həllər tələb edir.
Bu sahədə effektiv həll yolları təqdim edən ölkələr arasında Skandinaviya ölkələrinin xüsusi yeri var. Buna görə də biz “Nordic Talks”a “Skandinaviya yaşıl modeli”ni təqdim etməklə başlayırıq. Məqsədimiz Skandinaviya ölkələrinin yaşıl keçidini və onların iqlim dəyişikliyi ilə mübarizə təcrübələrini təqdim etməkdir. Skandinaviya ölkələri bərpa olunan enerjidən istifadə, karbon emissiyalarının azaldılması sahəsində dünyada ilk sıralarda yer alır. Bu kontekstdə biz yaşıl enerji layihələri, tullantıların idarə edilməsi, ekoloji təmiz nəqliyyat və təbiətin mühafizəsi kimi bir çox sahələrdə qabaqcıl təcrübələri təqdim etməyi hədəfləyirik.
Layihənin veb saytı: Nordic Talks
Müsahibələr
IVL - İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutunun şöbə rəhbərinin Kitabıstana eksklüziv müsahibəsi
Daha çox
Müsahibələr
İqlim Liderliyi Koalisiyasının baş icraçı direktorunun Kitabıstana eksklüziv müsahibəsi
Daha çox
Müsahibələr
Danimarka Enerji Agentliyinin baş müşavirinin Kitabıstana eksklüziv müsahibəsi
Daha çox
Müsahibələr
Norveç XİN-in xüsusi müşavirinin Kitabıstana eksklüziv müsahibəsi
Daha çox
Xəbərlər
Kitabıstan və dörd Skandinaviya ölkəsi yaşıl keçid modelini təqdim etdi
Daha çox
Xəbərlər
Kitabıstan və Skandinaviya ölkələrinin səfirlikləri “NORDIC TALKS” layihəsi təşkil edir
Daha çox