"Bəyaz zanbaqlar ölkəsində" yenidən nəşr olunur
4 ildən sonra nəhayət "Bəyaz zanbaqlar ölkəsində" kitabı yenidən nəşr olunur.
İlk dəfə nəşr olunduğu zaman (2016-cı il) dəfələrlə ayın ən çox satılan kitabı olan “Bəyaz zanbaqlar ölkəsində” yenidən nəşr ediləcək. Bu dəfə oxucularımızı nəzərə alaraq, kitabı ön satışda endirimlə təklif edilir.
Qriqoriy Petrovun müəllifi olduğu “Bəyaz zanbaqlar ölkəsində” kitabı Finlandiyanın inkişafını, maarifçilik hərəkatını axıcı dillə oxucuya çatdırır. Kitab Çar Rusiyasında, sonra isə SSRİ-də qadağan olunmuşdu. Lakin dünyanın bir çox ölkələrində hələ də ən çox satılan kitab titulunu qoruyub saxlayıb.
"Bəyaz zanbaqlar ölkəsi" kitabında göllər, bataqlıqlar və qayalıqlar ölkəsi olaraq adlandırılan Finlandiyanın bütün xalqının - şəhərlisindən kəndlisinə, əsgərindən nazirinə, din adamlarından müəllimlərinə qədər - birləşərək ölkəni dirçəltməsindən bəhs olunur.