Kitabıstan iqlim dəyişikliyi müzakirələrində
Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva oktyabrın 22-də Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən “Qalıq yanacaqlara vida? COP29 öncəsi dialoq və perspektivlər" adlı panel müzakirədə çıxış edib.
Mələk Hacıyeva "Nordic Talks: Skandinaviya yaşıl modeli" layhəsi çərçivəsində Kitabıstanın keçirdiyi sorğu və tədqiqatın nəticələrini təqdim edib və panel müzakirədə çıxış edib. O, moderatorun və iştirakçıların suallarını cavablandırıb, iqlim dəyişikliyinin insanlara təsiri haqqında, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə fərdi təşəbbüslərin əhəmiyyətindən danışıb.
Panel müzakirədə həmçinin İngiltərənin Redinq Universitetinin Avropa-Asiya Tədqiqatları Mərkəzinin direktoru Yelena Kalyujnova, Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, Kapodistrii adına Afina Milli Universitetinin İqtisadiyyat kafedrasının dosenti Stella Tsani çıxış ediblər.
Konfransda ABŞ, Böyük Britaniya, Türkiyə və Qazaxıstandan gələn mütəxəsislər və tələbələr iştirak edib.
Məzmun tipi
Mövzular
Dayanıqlı İnkişaf Məqsədləri