Siyasətin əxlaqi əsasları
Müəllif: İan Şapiro
Nəşriyyat: Kitabıstan
Professor İan Şapiro bu yenilikçi və valehedici kitabında əbədi siyasi dilemmanı tədqiq edir. Professor İ.Şapiro Yel Universitetində tədris etdiyi olduqca məşhur kurslara əlavələr edib onu inkişaf etdirərək siyasi legitimliyin mənbələri ilə bağlı əsas mübahisəli şərhləri dəyərləndirir. O, maarifçilik nəzəriyyəçilərindən başlayaraq utilitaristlər, marksistlər və ictimai müqavilə nəzəriyyəçiləri tərəfindən irəli sürülən arqumentləri təhlil edir. Bunun ardınca Edmund Börkdən müasir postmodernistlərə qədər uzanan anti-maarifçilik ənənəsini nəzərdən keçirir.
Şapiro daha sonra Platonun dövründən bizim dövrümüzə qədər demokratiyanın tərəfdarları və tənqidçilərini təhlil edib, siyasi legitimliyin mənbəyi olaraq demokratiyanın güclü və zəif tərəflərini qiymətləndirərək kitabı sonlandırır.
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri