Finlandiya tarixi
Müəllif: Henrik Meynander
Nəşriyyat: Kitabıstan
Necə oldu ki, yoxsul bir xalq yekunda böyük təzyiqlərə tab gətirə bilən rifah dövləti qura bildi? Professor Henrik Meynander bu suala cavab vermək üçün Finlandiyanın iqtisadi, sosial və mədəni strukturlarını, həmçinin resurslarını tədqiq edib və tədqiqatın nəticəsini xülasələşdirərək “Finlandiya tarixi” kitabını qələmə alıb.
Ənənəvi tarix kitablarından fərqli olaraq “Finlandiya tarixi” kitabında XX əsr tarixinə böyük yer verilib. Bu da təsadüfi deyil. Finlandiya birmənalı olaraq yalnız həmin dövrdə öz sosial sistemi olan siyasi quruma çevrildi. Professor H.Meynander “Finlandiya tarixi” kitabını ənənəvi tarixi mətn kimi deyil, bədii üslubda, yalnız önəmli hadisələr və şəxslərə fokuslanaraq qələmə alıb. Bununla belə Finlandiyanın bugünkü rifah dövlətinə çevrilməsinə gətirib çıxaran heç bir hadisə və şəxs də gözardı edilməyib.
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri