Qandinin liderlik fəlsəfəsi
Müəllif: Mohan Datta
Nəşriyyat: Kitabıstan
Mahatma Qandi yaşadığı dövrdə öz toplumu tərəfindən anlaşılmasa da, siyasətə, siyasi hərəkata mənəviyyat faktorunu gətirən ilk insandır. Xalq naminə fəaliyyət göstərən, toplumun çatışmazlığını əvəz edib, onu daha irəli aparmaq istəyən insanın - istər siyasətçi olsun, istər maarifçi, istərsə də sadə bir fərd - mütləq sahib olmalı olduğu şey mənəviyyatdır. Qandi böyük müşahidəçi idi. Dünya tarixini, dünya dinlərini, dünya fəlsəfəsini dərindən araşdıran və hind adət-ənənələrinə dünyanın təcrübələrini öyrəndikdən sonra qayıdan şəxsiyyət idi. Elə birinci üstünlüyü də bu idi.
Bu kitabı oxuyanda anlayacaqsınız ki, heç kimi günahlandırmalı deyilsiniz. Əgər xalq üçün çalışmaq istəyirsinizsə, heç kimdən mədət ummamalısınız. Çıxış yolu özünüzsünüz. Mahatma Qandi təkcə bir ölkənin, bir xalqın taleyini yox, bütün dünya tarixinin gedişatını dəyişən şəxsiyyətlərdən biridir. “Qandinin liderlik fəlsəfəsi” Mahatma Qandinin öz yazılarından və onun haqqında yazılmış kitabdan ibarətdir.
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri