Bozqurd
Müəllif: H.K. Armstrong
Nəşriyyat: Kitabıstan
Harold Kortney Armstronq Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya ordusunun zabiti olaraq Osmanlıya qarşı döyüşürdü. 1916-cı ildə Qut-ül Amarə mühasirəsi zamanı Osmanlıya əsir düşür və Afyonqarahisar əsir düşərgəsinə göndərilir. Buradan bir neçə dəfə qaçmağa cəhd göstərir və tutulur.
H.K.Armstronq müharibə sona çatmadan qaçmağı bacarır. O, Türkiyəni çox yaxşı tanıdığı üçün atəşkəs illərində yenidən İstanbula göndərilir. O zamanlar İstanbul ingilislər və fransızların nəzarəti altında idi. O, 1923-cü ilə qədər burada müttəfiq ordusu tərkibində müxtəlif vəzifələr tutur.
Türkiyədən getdikdən sonra öz müşahidələri əsasında Mustafa Kamal Atatürk haqqında “Bozqurd” kitabını yazır. Kitab ilk dəfə 1932-ci ildə Böyük Britaniyada çap edilir. “Bozqurd” Mustafa Kamal Atatürkün ilk bioqrafiyasıdır və hələ də onun haqqında yazılmış ən ciddi bioqrafik kitab hesab edilir.
Kitab Türkiyədə qadağan olunmuşdu, çünki M.K.Atatürkün sadəcə dövlət və hərbi işləri yox, həm də şəxsi həyatı, dostları ilə münasibəti kitabda yer alıb. Ancaq bunlarla bərabər, Birinci Dünya müharibəsi zamanı fəaliyyəti, monarxiyaya qarşı fəaliyyəti, Ənvər Paşa və digər yüksək rütbəli Osmanlı zabitləri ilə münasibətləri, Qurtuluş Savaşını necə qazandığı, səltənəti ləğv etməsi, cümhuriyyəti necə elan etdiyi, prezidentlik dövrü, həyata keçirdiyi islahatlara kitabda geniş yer verilib.
“Bozqurd” Türkiyədə ilk dəfə 1955-ci ildə senzura ilə nəşr edilib. Azərbaycanda isə ilk dəfə 2017-ci ildə Kitabıstan tərəfindən senzurasız nəşr olunub.
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri