Yeni layihəyə start veririk

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Yeni layihə - "KITABISTAN TALKS"

Yeni layihəyə start veririk

Bizim istəyimiz budur ki, dünyanın inkişaf etmiş ölkələrinin elm adamları ilə Azərbaycan oxucularının görüşlərini mütəmadi olaraq təşkil edək.

Bunun faydası çoxdur. Birincisi budur ki, iştirakçı dünyanın tanınmış elm adamlarını canlı dinləyə bilir (tərcüməçi də olacaq) və ona canlı olaraq sual verə bilir. Bu kimi təmaslar öyrənmək üçün çox əhəmiyyətlidir. Buna görə qərara gəldik ki, "Kitabıstan Talks" layihəsinə start verək. İlk qonağımızın isə məhz Finlandiyadan olması təsadüfi deyil. Çünki Finlandiya Azərbaycan oxucusuna "Bəyaz zanbaqlar ölkəsində" kitabından daha tanış ölkədir. Üstəlik də, Finlandiyanın bütün nailiyyətlərinin təməli məhz xüsusi sayılan təhsil sistemidir.

Dekabrın 20-də bu tədbirdə iştirak edən şəxslər "Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat" mövzusunda professor Meynanderin məruzəsini dinləyəndə, əslində, bir çox suallarına cavab tapmış olacaqlar.

Ən azı ona görə ki, professor Meynander Finlandiyanın ən nüfuzlu elm adamlarından biridir. Onun tarix kitablarının yazılmasına dair xüsusi üslubu var. Quru xronoloji hadisələrin ardıcıllığı yerinə tarixi həm də bədii üslubda anlatmaq. Kitabıstan professor Meynanderin "Finlandiyanın tarixi" kitabını da doğma dilimizə tərcümə edib. Yaxın günlərdə çapdan çıxacaq. Hər şeyi özündən dinləyəcəksiniz. Kitabıstan həmişə çalışıb ki, oxucularına möhtəşəm kitablar təqdim etsin. İndi həm də çalışırıq ki, dünyanın ən önəmli elm adamlarını dinləmək, tanış olmaq fürsəti də yaradaq. Xalqımızın maarifçilik işinə əlimizdən gələn qədər dəstək verməyə çalışırıq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Mövzular

Məzmun tipi