Kitabıstanın həmtəsisçisi Brüsseldə mühüm sammitdə iştirak edib

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Kitabıstanın həmtəsisçisi Brüsseldə mühüm sammitdə iştirak edib

Kitabıstanın həmtəsisçisi Brüsseldə mühüm sammitdə iştirak edib

Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi Mələk Hacıyeva Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən 2025-ci il Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində (EaP CSF Civil Society Summit) iştirak edib.

 

Dekabrın 2-dən 4-dək davam edən tədbir Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqını əhatə edən 250-dən çox vətəndaş cəmiyyəti nümayəndəsini, ekspertləri bir araya gətirib. Sammitin əsas məqsədi demokratik dayanıqlığın gücləndirilməsi, dezinformasiya və hibrid təhdidlərə qarşı mübarizə, regional təhlükəsizlik, insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin rolunun artırılması olub.

 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EaP CSF) tərəfindən təşkil olunan sammitdə regionun üzləşdiyi müasir təhdidlər diqqət mərkəzində olub. Müxtəlif panel müzakirələr, strategiya sessiyaları və şəbəkələşmə imkanları fonunda iştirakçılar dezinformasiya və hibrid təhdidlərə qarşı mübarizə, regional təhlükəsizlik, insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Sammit müddətində Mələk Hacıyeva Kitabıstanın fəaliyyəti, regionda gender bərabərliyi və dezinformasiya ilə mübarizə sahəsində mövcud təcrübələr barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Mələk Hacıyeva dekabrın 2-də Belçika Senatında təşkil edilən 2025-ci il Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammiti Mükafatlandırma mərasimində iştirak edib.

Mərasim Belçika Senatının prezidenti Vinsent Blondelin açılış nitqi ilə başlayıb. Daha sonra Belçika Xarici İşlər Nazirliyinin Avropa əlaqələri üzrə rəhbərliyi Kristof de Neys və Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos çıxış edərək, vətəndaş cəmiyyətinin regiondakı əhəmiyyətini vurğulayıblar.

 

Bundan başqa, Mələk Hacıyeva 2 dekabr tarixində Vətəndaş Cəmiyyəti Formunun Qətnaməsinin səsvermə prosesində müşahidəçi kimi iştirak edib, seçki prosesini izləyib.

 

 

Mələk Hacıyeva və Marta Kos, Belçika senatı, 2 dekabr 2025
Mələk Hacıyeva, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Qətnaməsinin səsvermə prosesi, 2 dekabr 2025
Mələk Hacıyeva, Belçika senatı, 2 dekabr 2025
Mələk Hacıyeva, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, 2 dekabr 2025


 

Bunu paylaş

Linki kopyalayaraq paylaş