Kitabıstanın həmtəsisçisi ATƏT-in gender bərabərliyi konfransında iştirak edib

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Kitabıstanın həmtəsisçisi ATƏT-in gender bərabərliyi konfransında iştirak edib

Kitabıstanın həmtəsisçisi ATƏT-in gender bərabərliyi konfransında iştirak edib

Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva 6-7 may tarixlərində Avstriyanın paytaxtı Vyanada baş tutan ATƏT-in gender bərabərliyi konfransında iştirak edib.

Finlandiyanın sədrliyi ilə təşkil olunan "İnklüzivlik və səlahiyyətləndirmə vasitəsilə dayanıqlığın gücləndirilməsi" adlı konfransda gender bərabərliyi, qadınların sülh quruculuğundakı rolu, kibertəhlikəsizlik, qadınların təhlükəsizliyi və s. məsələlər geniş müzakirə olunub. Mələk Hacıyeva konfrans boyunca bu sahədəki aktual problemlər və həll yollarına dair müxtəlif yüksək səviyyəli panel müzakirələrində iştirak edib.

 

Panel müzakirələrində qadın jurnalistlərə qarşı artan nifrət nitqi, qadınların sülh quruculuğundakı əvəzsiz roluna baxmayaraq, üzləşdikləri institusional və mədəni maneələr xüsusi vurğulanıb. Həmçinin müharibənin qadınlara göstərdiyi dağıdıcı təsirlər, xüsusilə silahların şəhərlərə yayılmasının məişət zorakılığını artmasına gətirib çıxarması kimi məsələlər diqqət mərkəzində olub.

 

Mələk Hacıyeva konfransda qazanılan təcrübələrin Kitabıstanın gələcək layihələrində uğurla istifadə olunacağını vurğulayıb və bildirib ki, gender bərabərliyi sosial ədalətin və davamlı inkişafın əsasını təşkil edir.

 

Foto: Kitabistan
Foto: Maximilian Röder
Foto: Maximilian Röder
Foto: Maximilian Röder
Foto: Maximilian Röder

 

08.05.2025

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Mövzular

BMT Dayanıqlı İnkişaf Məqsədləri