Rəsulzadə belə deyirdi

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Rəsulzadə belə deyirdi

Rəsulzadə belə deyirdi

Müəllif: M.Ə. Rəsulzadə

 

Nəşriyyat: Kitabıstan

 

Hər xalqın dünya tarixindəki yerini işıqlı fikirlərə sahib şəxsiyyətlər müəyyən edir. Həmin şəxsiyyətlərin mütərəqqi fikirləri sayəsində xalqlar özlərini dünyaya bəyan etmiş olurlar. Bu cür şəxsiyyətlərə sahib olmayan xalqlar isə bəşəriyyətə heç nə qata bilmədikləri üçün hələ də qəbilə, tayfa, ibtidai icma quruluşundan qalma ənənələrlə yaşamağa məhkumdurlar.

Məhəmməd Əmin Rəsulzadə sadəcə islam aləmi, türk dünyası ilə məhdud qalmır, o, bəşəriyyət üçün əhəmiyyət daşıyır. Çünki bu günün maarifçilik, elm, təhsil və yaradıcılıq, kollegial idarəetmə, qadın hüquqları, respublikaçılıq, siyasi dözümlülük, multikulturalizm, dünyəvilik və s. bir çox bəşəri dəyərlər Rəsulzadənin fəaliyyətində mövcud olub.

M.Ə.Rəsulzadənin məqalələri əski Azərbaycan dilində yazılıb. Həmin yazılar dövrün tələbinə uyğun olaraq bu gün anlaya bilməyəcəyimiz şəkildə idi. Buna görə oxucu oxumaqda və anlamaqda çətinlik çəkirdi. Bu dörd hissəli kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin fikirləri, yazıları, çıxışları, müraciətləri ilk dəfə olaraq müasir Azərbaycan dilinə uyğunlaşdırılıb. Bu günün gəncliyi M.Ə.Rəsulzadənin fikirlərini əlində lüğətlə oxumalı deyil. Bu günün tələb etdiyi kimi oxuyub, dərk etməlidir. Bundan sonra M.Ə.Rəsulzadənin fikirlərini oxuyanda o fikirlərlə bizim düşüncəmiz arasında sərhədlər, əngəllər olmayacaq. Oxuyacaq, anlayacaq, anladacağıq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş