Kitabıstan Facebook-da
AZE ENG
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı
Böyük
Dahi Diktator Cəlal Şəngör (Kitabıstan nəşriyyatı) Atatürk haqqında biz həmişə tarix kitablarından hadisələrin baş verməsi və nəticəsini, xronologiyasını öyrənmişik. Amma bu Atatürk şəxsiyyətini açmaq üçün çox az məlumatdır. Cəlal Şəngör isə bu hadisələrdə Atatürkün qalib gəlməsinin səbəblərini, metodlarını, necə davranış sərgilədiyini təhlil edir. Həmdə Bertran Rasel və Karl Popperin elmi yöntəmləri ilə. Kitab adi tarixi kitab filan deyil. Bu kitab ciddi məlumatların fərqli mənbələrdən xülasəsidir. Şəxsiyyəti açmalısan ki, şəxsiyyəti anlaya biləsən. Adına ilişməyin. "Dahi Diktator" adıyla oxumadan Atatürkün qaralandığı qərarına gəlməyin. Çünki belə deyil. Ümumiyyətlə kitabı oxumadan kitab haqqında fikir bildirməyin harasında məntiq var? İkinci məsələ Cəlal Şəngörün ateist olması ilə əlaqədardır. Bəziləri ateist müəllif olduğunu qabartmağa çalışırlar. Amma buda kitabın qaralanması üçün kifayət etməyən, mənasız arqumentdir. Həmin adamlara İslam dinini öyrənməyi məsləhət görürük. Qurani Kərimdə Kafirun surəsi var. Oxuyun görün nə yazılıb. Yazılıb ki, sənin dinin sənə mənim dinim mənədir. Yəni Quranda istinad olunan İslam insanları ateist, buddist, xristian, iudaist olaraq qiymətləndirmir. İnsan olaraq qiymətləndirir. Və ateistdir deyə kitab oxumuruq, təhqirə keçirik məntiqi ilə İslam dininin müsbət tərəflərinin görülməsinə böyük zərər vurursunuz. Elmsiz insan cahil insandır. Cahil insan isə bütün bəlaların köküdür. Həmdə İslam peyğəmbəri deyirdi ki, "Elm öyrənmək üçün Hindistana belə gedə bilərsiniz". O zamanlar Hindistan müsəlman idi? Məntiqli fikir yürütmək lazımdı. Və son olaraq bir daha deyirəm cahil adamın islam və ya hər hansı bir inancı, ideyanın müdafiəçisi olmaqdan daha təhlükəli bir şey yoxdur həmin ideya üçün. Çünki qaş düzəldirəm deyə vurub göz çıxarırlar. Cəlal Şəngör dünyaca məşhur alimdir və Kitabıstan onun kitabını tərcümə edib nəşr edib ki, insanlarımız dünyanın daha bir önəmli kitabı ilə tanış olsun. Bu maarifçilikdir. Amma ömründə bir kitab oxumayan, bir sətir oxumayan adamlar ölkəmizi, dinimizi, mədəniyyətimizi bu cürə mənfi surətdə bilmədən, göstərmiş olurlar.

This is error!

This is success!

Seçdiyiniz kitab :

Dahi Diktator

Çatdırılacaq məkan
Telefon nömrəniz
Kitabı əldə etmək istədiyiniz tarix
Kitabıstanın nəşrlərindən əldə etmək üçün sol tərəfdəki formu doldurun. İlk öncə istədiyiniz kitabı daha sonra isə kitabın çatdırılmasını istədiyiniz məkanı qeyd edin. Yalnız metro stansiyalarına çatdırılma mövcuddur və çatdırılmanın qiyməti 1AZN-dir (kitabın qiymətindən əlavə). Daha sonra telefon nömrəsini qeyd edin və "Sifariş et" düyməsini klikləyin. Biz sizinlə əlaqə saxlayacaq və sifarişinizin digər detallarını öyrənəcəyik.